67 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

4 Sentyabr 2015 20:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün rayon sakini, 1948-ci il təvəllüdlü Tariyel Vəliyev elektrik cərəyanı vurması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb və 67 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.