Azərbaycan millisi Polo üzrə ilk qələbəsin qazandı

4 Sentyabr 2015 21:05 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda, Polo üzrə Avropa Çempionatına start verilib. Yarışın ilk turunda Azərbaycan seçmə komandası, Almaniya idmançıları ilə qarşılaşıb.

Görüş həmyerlilərimizin 9-7 hesablı qələbəsi ilə başa çatıb. Ardınca meydana İspaniya və İtaliyanın komandaları çıxıblar. Qarşılaşmada İspaniya kollektivi İtaliyanları 10-4 hesabı ilə məğlub edib.

İlk yarış günününü son görüşündə isə İsveçrə seçməsi - İrlandiya millisini 9-6 hesabı ilə udub. Sabah (5 Sentyabr), Avropa Çempionatının ikinci günü keçiriləcək ilk oyunda meydana Azərbaycan və İtaliya komandaları çıxacaqlar.