Portuqaliyanın məşhur cazmeni Caz Festivalında
22 Oktyabr 2012 05:26 (UTC+04:00)
Bakı Beynəlxalq Caz Festivalı bu gün işini Muğam Mərkəzində davam etdirəcək. Sözügedən mədəniyyət ocağından verilən məlumata görə, konsert saat 7-də başlayacaq. Bu dəfə səhnəyə Portuqaliyanın məşhur cazmeni Sarmen Souza çıxacaq.
Saat 21-də Caz Mərkəzində "Breeze of caucasus" qrupunun üzvləri Rain Sultanov və David Mazanaşvilinin konserti olcaq. Qeyd edək ki, Rain Sultanov saksafon, David Mazanaşvili fortepiano ifaçısıdır.
Bahar Rüstəmli
AzNews.az