Türkiyədə komendant saatı elan olundu

5 Sentyabr 2015 10:03 (UTC+04:00)

AzNews.az anspress-ə istinadən xəbər verir ki, ötən axşam yerli vaxtla saat 20.00-də elan olunan komendant saatından sonra rayonun bəzi bölgələrində insidentlər başlayıb. Şəhər meriyasının elan etdiyi komendant saatından sonra rayonun bəzi məhəllələrində atışmalar başlayıb. Şırnaq meriyası komendant saatı barədə açıqlama yayıb:

"Separatçı terror təşkilatı üzvlərinin yaxalanması və bu vaxt mülki əhalinin canının və malının ziyan görməməsi üçün komendant saatına qərara verilib. Vətəndaşın canının və malının təhlükəsizliyinin təmin olunması və asayişin qorunması üçün təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini diqqətlə yerinə yetirirlər", – deyə bəyanatda qeyd edilib.

Komendant saatı müddətində rayonda elektrikvərabitəxətlərinin kəsildiyi bildirilir.