Adil Əliyev Avropa çempionları ilə görüşdü

5 Sentyabr 2015 17:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Federasiyanın prezidenti, millət vəkili Adil Əliyev idmançıları təbrik etdikdən sonra, onların belə mötəbər yarışda qələbə qazanmalarının ölkə idmanı adına əhəmiyyətini vurğulayıb. Federasiya rəhbəri gələcək yarışlar üçün gənc kikboksçulara öz töviyyələrini verib.
Görüşdə federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov, milli komandanın rəisi Sadıq Bağırov, əməkdar məşqçi Hakim Hacıyev görüşdə iştirak edərək,xoş arzularını bildiriblər.

Onu da qeyd edək ki, Çingiz Əhmədzadə (51 kq, loukik, "Neftçi") və Zöhrab Əzimov (60 kq, loukik, DİN) qızıl, Elmir Süleymanov (71 kq, ful kontakt, "Neftçi") isə gümüş medala sahib olublar. Bürünc medallara isə Kamran Bayramov (60 kq, ful kontakt, "Neftçi"), Elvin Məhərrəmov (71 kq, ful kontakt, "Neftçi"), Qiyas Şahmərdanov (54 kq, loukik, "Neftçi"), Nicat Nəcəfzadə (45 kq, K-1, "Neftçi") Nəcməddin Məmmədzadə (51 kq, K-1, "Neftçi") layiq görülüblər.