Daha 50 zəlzələ təkanı

5 Sentyabr 2015 19:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Anspress-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ baş verən ərazidə avtoşok adlanan xırda təkanların qeydə alınması təbii haldır. Çünki yerin daxilində enerji boşalması gedir.

"Sakinlərin narahatlığı üçün heç bir səbəb yoxdur. Bəzi avtoşoklar olacaq ki, insanlar onu hiss edəcəklər. Bu avtoşoklar baş verməsə, yeni güclü zəlzələnin baş verməsi ehtimalı vardı. Ancaq sevindirici haldır ki, xırda təkanlar tam gözlədiyimiz şəkildə davam edir", - deyə Qurban Yetirmişli qeyd edib.

İdarə rəhbəri belə xırda avtoşoklar davam edəcəyi təqdirdə yenidən güclü təkanın baş vermə ehtimalının azaldığını deyir.

Ən son belə xırda təkan bu gün yerli vaxtla 14:38-də Şəkidən 27 km cənub-şərqdə Oğuz ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Dünən səhər yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ qeydə alınmışdı. Yeraltı təkanlar episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunmuşdu.