Baş ağrısı ilə həkimə getdi - Beynindən soxulcanlar çıxdı

5 Sentyabr 2015 21:49 (UTC+04:00)

AzNews.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, həkimlər müayinədən sonra onun beynində 8 bağırsaq qurdu sürfəsinin olduğunu aşkar ediblər.

Həkimlər qadının beynindəki qurdların qidadan keçdiyini və zamanla beyinə çatdığını deyiblər. Bu vaxta qədər belə halla rastlaşmayan həkimlər qadını dərhal əməliyyat ediblər. Qadının beyni soxulcanlardan təmizləndikdən sonra ağrıları azalıb.