Malta ilə qarşılaşacaq Azərbaycan millisi heyətini açıqladı

5 Sentyabr 2015 23:36 (UTC+04:00)

AzNews.az-ın Apasport.az-a istinadən məlumatına görə, milli komandanın baş məşqçisi Robert Prosineçki Xorvatiya ilə oyunla müqayisədə yalnız bir dəyişikliyə əl atıb.

Belə ki, balkanlılarla Bakıdakı oyunla müqayisədə bu dəfə "Neftçi"nin hücumçusu Məhəmməd Qurbanov ilk 11-də meydana çıxmayacaq. Onun əvəzinə isə "Qarabağ"ın futbolçusu Cavid Tağıyev ilk dəqiqələrdən meydanda olacaq.

Milli komandamızın start heyəti aşağıdakı oyunçulardan ibarət olacaq:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Tağıyev, Ruslan Qurbanov, Əfran İsmayılov