Erməni təxribatı - İspan mətbuatında

5 Sentyabr 2015 23:59 (UTC+04:00)

AzNews.az-ın Publika.az-a istinadən məlumatına görə, xəbərlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla bildirilir ki, cəbhə xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. Son həftə ərzində Ermənistan tərəfi atəşkəsi 834 dəfə pozub. Cavab atəşi açan Azərbaycan Ordusu tərəfindən 7 erməni hərbçisi öldürülüb, xeyli sayda yaralı var.

Baş verən son hadisələr haqqında xəbərlərin ardından Dağlıq Qarabağ münaqişəsinin tarixi xatırladılır və Ermənistanın Azərbaycan Respublikasının ərazisinin bir hissəsini işğal etməsi faktı qeyd olunur.