Bakıda dava: 1 ölü, 1 yaralı

22 Oktyabr 2012 05:57 (UTC+04:00)
Bakının Sabunçu rayonunda yerləşən kafedə qan tökülüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən kafelərdən birində tanışların içki məclisində bir nəfər ölüb, biri isə ölümcül yaralanıb.

Tanışlar - 22 yaşlı İsa Cəbiyev, onun həmyaşıdı Əmrah Yaqubov və Vitalik Bədəlov birlikdə yeyib-içiblər. Elə məclisin ortasında onlar arasında mübahisə düşüb. Əmrah bıçağı stolun üstündən götürərək Vitalikin ürəyinə sancıb. Sonra İsaya çoxsaylı zərbələr endirib. Vitalik hadisə yerində ölüb, İsa isə ölümcül vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Əmrah isə hadisəni törətdikdən sonra qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) və qəsdən iki və ya daha artıq şəxsi öldürməyə cəhd (29, 120.2.7) maddələri ilə cinayət işi başlanıb.


AzNews.az