Türkiyədə polislər PKK-nın hücumuna məruz qaldı - Daha bir şəhid

6 Sentyabr 2015 18:56 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, insident polis şöbəsindən 30 metr aralıda baş verib.

Atılan qumbara hədəfindən yayınaraq arxada olan 2 təsərrüfat obyektinə tuş gəlib. Xoşbəxtlikdən itki qeydə alınmayıb. Zərbədən sonra dükanlara böyük ziyan dəyib, baş vermiş yanğını söndürmək üçün hadisə yerinə xeyli yanğınsöndürən göndərilib.

Qaçmış terrorçuların ələ keçirilməsi üçün əməliyyata başlanılıb. Lakin bu əməliyyat da itkisiz ötüşməyib. PKK-nın gənclər qolu olan YDG-H-nin üzvləri əməliyyat keçirən polislərə mərmi ilə hücum ediblər.

Nəticədə 1 xüsusi-təyinatlı polis şəhid olub, 2 polis əməkdaşı isə yaralanıb. Diyarbəkirin Sur rayonunda əməliyyat hələ də davam edir, əməliyyat bölgəsinə sakinlər üçün giriş-çıxış bağlanıb, atışma və partlayış səsləri eşidilir.