Müsəlman stüardessa spirtli içkidən imtinaya görə işdən çıxarıldı - ABŞ-da

6 Sentyabr 2015 19:32 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, qadın işə qəbul olunan zaman göyərtədə sərnişinlərə spirtli içki apara bilməyəcəyi barədə öncədən xəbərdarlıq edib.

Məlum olub ki, stüardessadan həmkarları tərəfindən müdiriyyətə şikayət olunub.

Avqustun 25-də "ExpressJet" şirkəti öz əməkdaşına məktub ünvanlayaraq bildirib ki, o, bir il müddətinə işdən kənarlaşdırılıb və yaxşı olar ki, özünə yeni iş yeri axtarsın.