İki rayonda yanğın - FOTO

6 Sentyabr 2015 20:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Xaçmaz İcra Hakimiyyəti başçısının birinci müavini, rayon FHK sədri Yetkin Mehmanovun Anspress-ə verdiyi məlumata görə, yanğın rayonun Qımılqışlaq, Nərəcan, Ağçay, Xudat şəhərinin 4-cü şöbəsi, Hülövlü kəndi ərazilərində müşahidə olunub. Yanğının dəmiryolu xətlərinə və meşə massivinə keçməsinin qarşısı alınıb.


Xaçmazda yanğın baş verən ərazi


Yetkin Mehmanovun sözlərinə görə, yanğına əsas bir səbəb də köhnə elektrik naqillərinin qırılıb yerə düşməsi və alovlanması olub. Yanğın ocaqlarına yerli əhali, İcra Hakimiyyətinin nümayəndələri, meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları, müxtəlif təşkilatlardan canlı qüvvə və FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və iki avtomobili, həmçinin qonçu Quba, Şabran, Siyəzən rayonlarından 3 yanğınsöndürən avtomobil olmaqla ümumilikdə 5 avtomobil yanğının söndürülməsinə cəlb olunub.

Xaçmazın İcra başçısı Şəmsəddin Xanbabayev də yanğın ocaqlarına baş çəkib, yanğının operativ söndürülməsi üçün tapşırıqlar verib. Bu saatlaradək yanğın əsasən söndürülüb və tam söndürülməsi istiqamətində işlər aparılır. Məhz bundan sonra yanğının rayona vurduğu ziyanın həcminin hesablanmasına başlanılacaq.

Şabranın Gəndob kəndi ətrafında 50 hektarlıq nar bağı yanıb. Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını cəlb edilib.




Xaçmazda baş verən yanğının nəticələri