70-ə yaxın mühacir Almaniyaya çatdı - FOTO

6 Sentyabr 2015 21:59 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, onları gətirən qatar əllərində hava şarları və "Frankfurta xoş gəlmişsiniz" sözləri yazılmış banerlər tutan yerli sakinlər tərəfindən qarşılanıb. Mühacirlər alqış səsləri altında platformaya eniblər.

Frankfurta gələn mühacirlərin hamısı şəhərdə qalmayacaq. Onların bir qismi ölkədəki müvəqqəti sığınacaq və düşərgələrə köçürülmək üçün digər qatarlara yönəldilib.

Minlərlə mühacir Macarıstan sərhədində günlərlə qaldıqdan sonra sərhədi keçmələrinə icazə verilib və bundan sonra onlar Almaniya və Avstriyaya pənah gətiriblər.


Almaniyada öpüşlə qarşılanan miqrant