Millimiz Malta ilə heç-heçə etdi - YENİLƏNİB, VİDEO

6 Sentyabr 2015 22:53 (UTC+04:00)

***
22:43

Malta yığma komadası oyunun 71-ci dəqiqəsində Alfred Effiongun vurduğu qol ilə hesabda irəli çıxıb.

***
22:31

Malta millisi oyunun 55-ci dəqiqəsində komandanın kapitanı Michael Mifsudun vurduğu dəqiq zərbə ilə hesabı bərabərləşdirib - 1:1.

***
22:11

Futbol üzrə 2016-cı il Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində "H" qrupunda mübarizə aparan Azərbaycan milli komandası səfərdə Malta yığması ilə qarşılaşır.

AzNews.az Report-a istinadən xəbər verir ki, Ta-Qali stadionunda keçirilən oyunda hesab hazırda Azərbaycan yığmasının xeyrinədir - 1:0.

Rəqibi əks hücumda yaxalayan milli komanda 36-cı dəqiqədə Rahid Əmirquliyevin vurduğu qol ilə irəli çıxıb.

Hazırda oyunda 1-ci hissədən sonra fasilə yaranıb.