“Qələbə qazanmaq lazım idi“ - Rövnəq Abdullayev

6 Sentyabr 2015 23:49 (UTC+04:00)

AzNews.az-ın report-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Federasiya prezidenti Avro-2016-nın təsnifat mərhələsində səfərdə Malta ilə keçirilən qarşılaşma haqda bunları deyib:

"Düşünürəm ki, biz bu gün 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı şansımız vardı, amma qələbəni əldən verdik".