Bəxtiyar Hacıyev də YAP-ın siyahısını gözləyir: “Ondan sonra qərar verəcəyəm”

7 Sentyabr 2015 10:49 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlama verən B.Hacıyev hələ ki, müşahidə apardığını deyib: "Hələ namizədlərin irəli sürülməsi ilə bağlı vaxt var. Bəzi məsələlər var ki, onları müşahidə edirəm. Əgər uyğun olsa, namizədliyimi verəcəyəm. Amma hələ ki, qərar verməmişəm.

Hansı dairədən namizədliyimi verəcəyim də həmin məqamlardan asılıdır. Yəni müəyyən siyahılar tam açıqlandıqdan sonra qərar verəcəyəm".


Gənc fəal seçkidə namizədliyini müstəqil şəkildə verəcəyini vurğulayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2010-cu ilin noyabrın 7-də keçirilən parlament seçkilərində 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olub. Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, o, bu dairədə 749 səs toplayıb və üçüncü olub.

Sevinc Yasinqızı
AzNews.az