Məşhur biznes mərkəzində ölüm hadisəsi baş verdi - Bakıda

7 Sentyabr 2015 11:27 (UTC+04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Caspian Plaza"da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.