İlham Əliyev gözətçi gəmisi ilə tanış oldu

7 Sentyabr 2015 13:05 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.


Məlumat verilib ki, müəssisənin fəaliyyət göstərdiyi müddətdə itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.

Yeni inşa edilən ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlarla təchiz edilib.

Dövlətimizin başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış olub, üçüncü dərəcəli gəmilərin keçidinə baxıb.

Sonra Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.