Yeni radio açılır

22 Oktyabr 2012 06:05 (UTC+04:00)
Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq yeni regional radio yayım proqramının açılması üçün müsabiqə elan edib.

Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə müsabiqə oktyabr 22-dən noyabrın 22-dək davam edəcək. Müsabiqə üçün tələb olunan sənədlər bu müddət ərzində şənbə və bazar günləri istisna olmaqla, Milli Televiziya və Radio Şurasının inzibati binasında saat qəbul ediləcək.

Elnarə Əlosmanqızı
AzNws.az