Azərbaycan kubokuna start

22 Oktyabr 2012 06:10 (UTC+04:00)
Bu gün XXI Azərbaycan kubokuna start veriləcək. AzNews.az-ın verdiyi xəbərə görə, ilk oyun günündə yalnız 1 qarşılaşma baş tutacaq.

1/16 final mərhələsinin açılış oyununda "Qala" "Kəpəz"lə qarşılaşacaq. Oyun Zirə qəsəbə idman kompleksinin stadionunda, saat 17:00 keçiriləcək. Matçın AFFA nümayəndəsi Məmmədəli Məmmədov, hakim-inspektoru isə Rüfət Hüseynovdur.


AzNews.az