“Azalırıq, İlham” – Həmkarının Xalq artisti ilə bağlı ürəkdağlayan yazısı

7 Sentyabr 2015 16:07 (UTC+04:00)

Lakin saysız-hesabsız rollar yaradan aktyorla teatrda vida mərasimi keçirilməsinə icazə verilməyib.

Aktyorun cənazəsi bu gün doğulub-böyüdüyü Massalı rayonuna aparılıb. Yaxın dəqiqələrdə o, öz ata yurdunda torpağa tapşırılacaq.

Respublikanın əməkdar artisti, bədii qiraətçi Agalar Bayramov "Facebook" səhifəsində İ.Əsgərovun ölümü ilə bağlı yazı paylaşıb.

AzNews.az həmin yazını olduğu kimi təqdim edir: "Hər dəfə bədii qiraət sənətində sıralama zamanı bütün müsahibələrimdə Kazim Ziya, Müxlis Cənizadə, Həsən Əbluç, Mikayıl Mirzədən sonra onun adını çəkirdim. Özümü isə onların davamçısı adlandırırdım. Səməndər Rzayevdən sonra o, "Bulaq" a qol-qanad vermişdi... Bu günlərdə telefon vasitəsi ilə mənə Ənvər Nəzərlinin " Arasında" adlı qəzəlini diktə edən səsin hələ qulağımdadır, İlham! Azalırıq, İlham!

Öləndən sonra tərif demək adətimizdir. Amma, yox, İlham, sən sənətinlə bərabər, çox təvazökar, qəlbi təmiz, heç kəsin paxıllığını çəkməyən, ürəyi geniş, mərd insan idin. Elə o geniş ürək də sənə namərdlik etdi. .Heç kəs bu dünyada qalmır, amma vaxtsız ölümün yandırır məni, İlham… Əzrail səni səhv saldı, İlham...

Bilirsən bizim sənətdə paxıl, xəbis, "dost" deyib üzə gülən, arxada namərdlik edib lağ edən nə qədər ölməlilər var idi… Səs ruhun tərcumanıdır, səndən sonra sənin səsin qaldı bizlərə.

Allah sənə rəhmət eləsin, İlham! Qəbrin nurla dolsun!"