Prezident orta məktəbə baş çəkdi

7 Sentyabr 2015 18:28 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.


Ümumi ərazisi 24 min kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan, ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min kvadratmetrdir. Təhsil ocağının binasında yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.


Məktəbin binasında sonuncu dəfə 2006-cı ildə cari təmir işləri aparılıb. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndinin icrası ilə əlaqədar məktəb binasının əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanılıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.