Sabah bu rayonlarda qaz olmayacaq

7 Sentyabr 2015 20:22 (UTC+04:00)

AzNews.az SOCAR-ın məlumatına istinadla xəbər verir ki, təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və Bolqarıstan sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.