“Türkiyə ərazisi terrorçulardan təmizlənəcək” - Davudoğlu

7 Sentyabr 2015 21:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətində baş vermiş terror aktı ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.

"O dağlar terroristlərdən təmizlənəcək. Nə olursa olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terroristlərə verilməyəcək", deyə Ə.Davudoğlu bildirib.

Onun sözlərinə görə, terrorla mübarizə daha əzmlə davam etdiriləcək.