Xaçmazda yanğın - VİDEO

7 Sentyabr 2015 22:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Xaçmaz İcra Hakimiyyəti başçısının birinci müavini, rayon FHK sədri Yetkin Mehmanovun ANS TV-yə verdiyi məlumata görə, yanğın rayonun Qımılqışlaq, Nərəcan, Ağçay, Xudat şəhərinin 4-cü şöbəsi, Çarxı kəndi ərazilərində müşahidə olunub.

Yanğının dəmir yolu xətlərinə, meşə massivinə və Xaçmaz Modul Stansiyasına keçməsinin qarşısı alınıb.

Xaçmaz rayon icra başçısının müavini Bəxtiyar Osmanovun sözlərinə görə, yanğın köhnə elektrik naqillərinin qırılaraq yerə düşməsi səbəbindən baş verib, hazırda yanğının qarşısı alınıb.

Xaçmazın İcra başçısı Şəmsəddin Xanbabayev də yanğın ocaqlarına baş çəkib, yanğının operativ söndürülməsi üçün tapşırıqlar verib.

Yanğının məhz Xaçmaz Modul Stansiyasının ərazisinə keçməməsi üçün lazımı tədbirlər görülür.

Bu saatlaradək yanğın əsasən söndürülüb və tam söndürülməsi istiqamətində işlər aparılır. Məhz bundan sonra yanğının rayona vurduğu ziyanın həcminin hesablanmasına başlanılacaq.

Ötən gün isə Şabranın Gəndob kəndi ətrafında 50 hektarlıq nar bağı yanıb. Hadisə yerinə FHN-in üç yanğınsöndürən maşını cəlb edilib.