Sərnişin avtobusu uçuruma düşdü - 15 ölü

7 Sentyabr 2015 23:20 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Braziliyada çoxu turist olan 81 nəfərlə Paraty şəhərindən Trindade şəhərinə gedən sərnişin avtobusu 50 metrlik uçuruma yuvarlanıb, 66 nəfərin yaralandığı bildirilir

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olması ölü sayının artacağı ilə bağlı narahatlığa səbəb olub. Qəzanın baş verməsinə səbəb kimi sərnişin avtobusunun əyləcinin işləməməsi göstərilir. Səlahiyyətlİ şəxlər 45 sərnişin tutumuna malik olan avtobusda niyə 81 adamı apardığını araşdırır, hadisə ilə əlaqədar istintaq başlandıldığı bildirilir.

Dünyanın ən çox yol qəzası baş verən ölkələrindən biri olan Braziliyada 2013-cü ildə 40 mindən çox adam yollarda həyatını itirib.

Bu ilin mart ayında da Santa Catarinada bir sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində 51 adam ölmüşdü.