Bakıda yol polisinin maşını vuruldu

7 Sentyabr 2015 23:47 (UTC+04:00)

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Qəzaya səbəb "QAZ 24" markalı 10 EG 843 dövlət nömrə nişanlı avtomobil olub. Avtomobil Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Sadıx Sadıxovun xidmətdə olan zaman idarə etdiyi BMW markalı 99 YP 264 nömrəli avtomobili vurub.

"QAZ 24"ü idarə edən şəxs Bakı şəhər sakini Elbrus Mehdiyev olub.


Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib.