Liftdə köməksiz qalan 4 nəfər xilas edildi

7 Sentyabr 2015 23:59 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıb.

Əməliyyat saat 21:55-də başa çatıb.