Naxçıvan vaxtı keçmiş kreditlərə görə irəlidə gedir - Ekspert

8 Sentyabr 2015 09:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. O, qeyd edib ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub: "Respublika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə - 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə - 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə - 7,8 faiz qeydə alınıb. Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölgələrdir".

Q.İbadoğlu vurğulayıb ki, vaxtı keçmiş kreditlər üzrə həmin bölgələrdə yaranmış vəziyyət orda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu xarakterizə edir: "Adı çəkilən bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir".

Bahar RÜSTƏMLİ
AzNews.az