Zəlzələ nəticələrini aradan qaldırmaq üçün vəsait ayrıldı - 2 milyon manat

8 Sentyabr 2015 11:36 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.



A. Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub: "Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur".