Robert Sekuta “Azadlıq-2015”lə görüş keçirir - Fotolar

8 Sentyabr 2015 12:12 (UTC+04:00)

Bu barədə AzNews.az-a Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, görüş sözügedən partiyanın qərargahında baş tutub.

Qeyd edək ki, görüşdə "Azadlıq-2015" blokuna daxil olan bütün partiya rəhbərləri iştirak edir.

X.Teyyublu bildirib ki, görüşdə ölkədəki ümumi vəziyyət və parlament seçkiləri ilə bağlı məsələlər müzakirə olunur.






Bahar RÜSTƏMLİ
AzNews.az