PKK Türkiyə-Azərbaycan sərhədinə hücum etdi - 11 şəhid, 3 yaralı

8 Sentyabr 2015 12:27 (UTC+04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər İğdırın Həsənxan kəndi yaxınlığında baş verib. Polisləri gömrük məntəqəsinə aparan mikroavtobus terrorçular tərəfindən partladılıb.

İlkin məlumata görə, 11 polis məmuru şəhid olub, 3-ü ağır yaralanıb.

Hazırda ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmanın davam etdiyi xəbər verilir.