Sabaha olan hava proqnozu - 35 dərəcə isti

8 Sentyabr 2015 12:59 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 9-da Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubutliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsiz olacaq. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amil olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq.