Bakı Asiya Universiteti bağlandı

8 Sentyabr 2015 13:36 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.

Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.