İnquşetiya rəhbəri terrorçulara şəxsi nömrəsini verdi

22 Oktyabr 2012 06:28 (UTC+04:00)
İnquşetiya rəhbəri Yunus–Bek Evkurov özünün internet gündəliyində terror və digər cinayətkar fəaliyyətlərdə iştirak edən insanlara müraciət edib və öz nömrəsini verib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, müraciətində bildirib ki, kimin onunla və hakimiyyətlə problemləri varsa şəxsən bu nömrəyə zəng edib sözünü deyə bilər. Evkurov cinayətkar əməllərindən çəkinmək istəyənlərin də bu nömrəyə zəng vura biləcəyini deyib və əlavə edib ki, onlara qarşı hər hansı tədbir görülməyəcək.

Qeyd edək ki, Şimali Qafqazda vəziyyət gərgin olaraq qalır. Demək olar ki, hər gün hansısa polis məntəqəsinə silahlı hücum təşkil edilir.

Sadiq Musa
AzNews.az