Polşa şirkəti Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər

8 Sentyabr 2015 17:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə "Tines" şirkətinin baş direktoru Tomaş Şuba deyib.

Onun sözlərinə görə, şirkət layihəyə Gürcüstan ərazisində qoşula bilər: "Biz uzun müddət layihəyə daxil olmağa çalışdıq, lakin buna Azərbaycan ərazisində nail ola bilmədik. İndi ona Gürcüstan ərazisində qoşulmaq imkanı mövcuddur".