Böyük Britaniya Dağlıq Qarabağda qondarma “seçkilər“i tanımır

8 Sentyabr 2015 17:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Böyük Britaniyanın Bakıdakı səfirliyindən separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, Böyük Britaniya hökuməti ATƏT-in Minsk qrupunun və bütün tərəflərin münaqişənin təhdid və ya silahdan istifadədən imtinanın əsas prinsipləri əsasında davamlı həllinə nail olmaq üzrə əməli səylərini, eləcə də ərazi bütövlüyünü və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərini dəstəkləyir. "Bu mövqe daha əvvəl - mayda qondarma "parlament seçkiləri"ndə ifadə edilib və mövqeyimiz dəyişməyib".