Avtobus sürücülərinin “qətlləri“-STATİSTİKA

22 Oktyabr 2012 06:38 (UTC+04:00)
Bakıda bu il ərzində avtobus sürücüləri tərəfindən törədilmiş yol qəzalarında 29 nəfər ölüb, 96 nəfər xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, avtobus sürücüləri tərəfindən törədilmiş 51 yol qəzasının 16-sı (5 ölüm, 23 xəsarət) fiziki şəxslərə, 35-i (24 ölüm, 73 xəsarət) hüquqi şəxslərə məxsus avtobus sürücülərinin təqsiri səbəbindən baş verib.

Hesabat dövründə paytaxtda 1726 sərnişindaşıma qaydalarının pozulması faktı müəyyən olunub. Bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.


AzNews.az