Baş nazir Merkelə zəng etdi - PKK ilə bağlı

8 Sentyabr 2015 22:37 (UTC+04:00)

AzNews.az-ın Modern.az-a istinadən məlumata görə, Angela Merkel terror zamanı şəhid olan əsgərlərlə əlaqədar başsağlığı verib. Baş nazir Davudoğlu isə PKK ilə mücadilədə ortaq hərəkət etməyin önəmini vurğulayıb.

Kansler Merkel PKK-nın bir terror təşkilatı olduğunu qeyd edərək birgə mübarizə məsələsində heç bir tərəddüdü olmadığını bildirib.

Baş nazir Türkiyənin 2 milyon qaçqına ev sahibliyi etdiyini də xatırladıb.