Sabah xalq artisti ilə vida mərasimi keçiriləcək

9 Sentyabr 2015 00:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə APA-ya xalq artistinin yaxınları bildirib. Bir neçə saat əvvəl uzun sürən xəstəlikdən evində vəfat etmiş xalq artisti, məşhur kaman ustası Habil Əliyevlə vida mərasimi sentyabrın 9-da saat 10.00-dan 12.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xalq artistinin dəfn olunacağı yerin hələ dəqiqləşdirildiyi bildirib.