​Bakıda maskalılar şirkət ofisinə basqın etdi - 50 min dollar aparıldı

9 Sentyabr 2015 10:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Report"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içərisində 50 min ABŞ dolları olan seyfi aparıb.

Faktla bağlı araşdırma aparılır.