Mikayıl Cabbarovdan məktəbdə “moyka” açan direktorun yerinə - Təyinat

9 Sentyabr 2015 11:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə Mehriban Ələkbərova 158 saylı orta məkətəbə direktor postuna gətirilib. Məktəbdən verilən məlumata görə, Mehriban Ələkbərova dünəndən işinin icrasına başlayıb.

Qeyd edək ki, avqustun 11-də məktəbin əvvəlki direktoru Zemfira Səmədova tutduğu vəzifəsindən azad olunub. Onun işinə nazirlik məktəbdə yoxlama apardıqdan sonra xitam verilib.

Mətbuatda yazılan məlumatlara görə, Z.Səmədova 2013-cü ilə qədər məktəbin təmirsiz hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.

Sevinc Yasinqızı
AzNews.az