İğdırda terror törədən PKK-çılar Türkiyəyə Ermənistandan keçib?

9 Sentyabr 2015 13:20 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin "Vatan" qəzeti yazıb.

Yerli qaynaqlar hadisənin baş verdiyi ərazinin Ermənistan sərhədinin bir neçə kilometrliyində yerləşdiyini nəzərə alaraq PKK terrorçularının Ermənistandan gələ biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, dünən PKK-nın İğdırla Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsi yaxınlığında törətdiyi hücum nəticəsində 13 polis şəhid olub.