Təhsil nazirindən daha bir direktor təyinatı

9 Sentyabr 2015 13:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə Xatirə Hacıyeva 184 saylı məktəbin direktor vəzifəsi postuna gətirilib. Təhsil İdarəsindən verilən məlumata görə, Xatirə Hacıyeva Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlimləri müvəffəqiyyətlə bitirdiyi üçün bu vəzifəyə gətirilib.

Qeyd edək ki, 184 saylı məkətbin əvvəlki rəhbəri Mehriban Ələkbərova nazirin digər sərəncamı ilə Yasamal rayonunda yerləşən 158 saylı məktəbə direktor təyin olunub.

Sevinc Yasinqızı
AzNews.az