Azərbaycan Beynəlxalq Konqresdə - Tullantıların idarəedilməsi

9 Sentyabr 2015 18:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Konqresdə tanınmış beynəlxalq məruzəçilər, bütün dünya üzrə bu sahədə siyasəti müəyyən edən müxtəlif qurumların nümayəndələri bir araya gələrək tullantıların idarəedilməsi sektorunda son elmi və texnoloji nailiyyətlərə dair bilik və təcrübə mübadiləsi aparıblar.

Logistikaya həsr edilmiş sessiyada "Azərbaycanda tullantıların çeşidlənmiş və innovativ yolla toplanılması prosesində logistikanın optimallaşdırılması: "Təmiz Şəhər" ASC-nin nümunəsi" mövzusunda prezentasiya ilə qurumun nümayəndəsi Oqtay Məmmədov çıxış edərək ölkədə görülən işlər haqqında danışıb.

Konqres çərçivəsində tədbirin təşkil olunduğu Antverpen şəhəri və onun yaxınlığında yerləşən bərk məişət tullantılarının idarəedilməsi sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrə məlumat turları təşkil edilib.

AzNews.az