Gəncə sakinini bıçaqladılar

9 Sentyabr 2015 22:15 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Osmanov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. S. Osmanovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.