Mənə Məhəmməd peyğəmbərin qanını köçürdülər - Çeçenistan prezidenti

9 Sentyabr 2015 22:39 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ramzan Kadırov "VKontakte" sosial şəbəkəsində paylaşım edib.

"Sizinlə şad bir xəbərlə bölüşmək istəyirəm. Allahın Rəsulunun nəslindən olan, bütün dünyada hörmət edilən şeyx Həbib Əli Cifri və İtum-Kalinsk rayonunun ağsaqqalı Seyid-Səlim Adaqov mənim qonaqlarım olublar. Onlar öz inamlarının dərinliyinə və təmizliyinə görə, Quranın və Sünnənin qaydalarına səmimi riayət etdiklərinə görə, Allaha yaxın adamlarəndan sayılırlar. Qonaqlarım İslam dini haqqında çoxlu maraqlı və dəyərli məlumatlar veriblər. Şeyx əli Cifri mənə öz qanını köçürdü. O Məhhəmməd peyğəmbərin nəslindəndir", - yazıda deyilir.

Kadırovun sözlərinə görə, indi "o dünyanın ən xoşbəxt insanıdır".