İnsan nəcisində qızıl – ELMİ KƏŞF
9 Sentyabr 2015 23:23 (UTC+04:00)
Əsirlərdir sınaqdan keçmiş Azərbaycan atalar misalınındakı gerçəkliyi amerikalı alimlər yeni kəşf edib. Belə ki, ABŞ-ın Geoloji Araşdırmalar Birliyi insan nəcisində qızıl olduğunu açıqlayıb. Mütəxəssislər bildirir ki, 1 milyon insanın nəcisi emal edildikdən sonra ildə 13 milyon dollar dəyərində qızıl əldə olunur.
Türk alimləri isə bildirir ki, ölkələrində əhalinin nəcisini emal etsələr təxminən 1 milyard dollarlıq qızıl istehsal edərlər.
Əhalisinin sayını nəzərə alsaq, amerikalı alimlərin hesabalamalarına əsasən, Azərbaycanda nəcisdən ildə təxminən 100 milyonluq qızıl əldə etmək olar. (Publika.az)