Həcc ziyarəti üçün uçuşlar başlayır - VİDEO

9 Sentyabr 2015 23:32 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən ANS TV-yə verilən məlumata görə, ziyarət üçün uçuşlar sentyabrın 11-də başlayacaq və son uçuş sentyabrın 15-də gerçəkləşəcək.

Uçuşların ilk və son günündə yalnız "VİP zəvvarlar" üçün ayrılmış təyyarələr uçacaq. Zəvvarlar 50 qrupa bölünüblər və hər qrup 45-50 zəvvardan ibarətdir.

Uçuşlar qruplar üzrə olacaq. Artıq Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.

Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub.